Sahib olduğunuz təsərrüfatın məhsuldarlığının artırılması və yüksək göstəricilər əldə etməsi üçün şirkətimiz lizinq dəstəyindən əlavə məhsullarla bağlı peşəkar əməkdaşlarımız tərəfindən məsləhət xidməti də göstərir. Bizim mütəxəssislər sifarişi təhlil edərkən alınacaq məhsulun qələcəkdə istifadə ərazisinə barədə məlumatlar toplayır, müştərinin tələblərinə uyğun yardımçı olurlar.
Nəzərinizə çatdıraq ki, şirkətimiz yerli mütəxəssislərlə yanaşı, xarici peşəkarların vasitəsi ilə hətta onları ölkəyə dəvət etməklə, kənd təsərrüfatının inkişafı və bu sahədə innovativ texnologiyaların istifadəsi ilə bağlı, yüksək məhsuldarlıq əldə edilməsi üçün müştərilərə lazımı məlumatların verilməsində də yardımçı oluruq.