ROTORLU KULTİVATOR (GÜBRƏSƏPƏNLƏ) – 5 SIRALI (90 SM)

Texniki Göstəricilər Cədvəli

Xüsusiyyət Göstərici
Sıra sayı 5 sıra
Cərgələrarası məsafə 90 sm
Rotor sayı 5
Gübrə çəni 1 və ya 2 bölməli (200–400 litr)
Gübrə paylama sistemi Mexaniki və ya hidravlik
İşləmə dərinliyi 5 – 15 sm
Traktor gücü tələbi 70 – 100 HP
Qoşulma tipi 3 nöqtəli asma
Çəki 600 – 800 kq

ROTORLU KULTİVATOR (GÜBRƏSƏPƏNLƏ) – 5 SIRALI (90 SM)

Rotorlu kultivator – 5 sıralı, gübrəsəpənlə, pambıq, qarğıdalı, günəbaxan və digər sıralı bitkilərin əkinlərində cərgəaralarının becərilməsi, torpağın yumşaldılması, alaq otlarının məhv edilməsimineral gübrələrin eyni zamanda torpağa verilməsi üçün istifadə olunur. Fırlanan rotorlar torpağı bərabər şəkildə qarışdırır, gübrə sistemi isə məhsulun kök zonasına dəqiq tətbiq imkanı yaradır.

Ümumi Məlumat:

  • Təyinat: Cərgəaralarının becərilməsi və gübrələmə

  • Rotor sistemi: Fırlanan bıçaqlar sayəsində torpağın mexaniki qarışdırılması

  • Sıra sayı: 5 sıra

  • Cərgələrarası məsafə: 90 sm

  • Gübrələmə: Tənzimlənən dozajla mineral gübrələrin verilməsi

  • Üstünlüklər:

    • Eyni anda 2 əməliyyat: torpaq becərilməsi + gübrələmə

    • Gübrənin birbaşa kök zonasına tətbiqi

    • Alaq otlarının effektiv məhv edilməsi

    • Torpağın yaxşı havalanması və su udma qabiliyyəti