Kartof çıxaran, 1 sıralı

Texniki Göstəricilər Cədvəli (Kerland – 1 sıralı kartof çıxaran üçün)

Göstərici Təsviri
Marka / Model Kerland K digger – 1 sıra
Tip Vibrasiyalı, ələkli kartof çıxaran
İşləmə prinsipi Torpağı altlayan bıçaq və vibrasiya sistemi
Sıra sayı 1 sıra
İşləmə dərinliyi 20 – 25 sm
İşləmə eni 50 – 60 sm
Tələb olunan güc 20 – 35 a.g.
Qoşulma tipi 3 nöqtəli asma sistem
Çəkisi 130 – 180 kq
Ölçüləri (təqribi) 1000 × 1000 × 900 mm
İstehsal ölkəsi Belarus

Ümumi Məlumat

Kerland 1 sıralı kartof çıxaran – torpağa zərər vermədən və məhsulu zədələmədən kartofun sətə çıxarılması üçün istifadə olunan sadə və etibarlı kənd təsərrüfatı avadanlığıdır. Torpağa girən bıçaq məhsulu altlayır, arxadakı vibrasiya sistemi torpağı ələyərək kartofu səthə çıxarır.

Sadə konstruksiyası və 1 cərgə üzrə çıxarma mexanizmi sayəsində bu model kiçik və orta ölçülü sahələr üçün ideal seçimdir. Kiçik və orta güclü traktorlarla (20–35 a.g.) işləməyə uyğundur.

Üstünlükləri

  • Məhsulu zədələmədən torpaqdan çıxarır

  • 1 cərgə üzrə dəqiq və təmiz çıxarış

  • Vibrasiya (ələkli) mexanizm – torpaq təmizlənməsi üçün

  • Sadə quruluş – istifadəsi və texniki baxımı rahatdır

  • Belarus istehsalı – möhkəm və etibarlı texnika