| Xüsusiyyət | Göstərici |
|---|---|
| Sıra sayı | 4 |
| Cərgələrarası məsafə | 60 – 90 sm (tənzimlənə bilər) |
| İşləmə dərinliyi | 5 – 12 sm |
| Ayaq sayı | 8 – 12 (modeldən asılı olaraq) |
| Traktor gücü tələbi | 50 – 80 HP |
| Qoşulma tipi | 3 nöqtəli asma |
| Çəki | 400 – 600 kq |
| Əlavə opsiyalar | Gübrə çəni (istəyə görə) |
4 sıralı cərgəarası pambıq kultivatoru, pambıq və digər sıralı bitkilərin əkin sahələrində cərgə aralarının becərilməsi, alaq otlarının təmizlənməsi və torpağın havalandırılması üçün istifadə olunur. Bu aqreqat bitkilərə zərər vermədən torpağın yumşaldılmasını və əlavə olaraq kök zonasında su keçiciliyinin artmasını təmin edir.
Təyinat: Pambıq sahələrində cərgəaralarının becərilməsi
Sıra sayı: 4 (tənzimlənə bilən ara məsafə ilə)
Fayda: Alaqların məhv edilməsi, torpağın havalandırılması, suyun sorulmasının yaxşılaşdırılması
Tətbiq sahəsi: Pambıq, qarğıdalı, günəbaxan və digər sıralı bitkilər
Üstünlüklər:
Bitki cərgələrinə zərər vermir
Ayarlı struktur – müxtəlif sıra məsafələrinə uyğun
Dəqiq və səmərəli becərmə