Lizinq Xidməti

Lizinq Xidməti

Müştərilər üçün sərfəli maliyyələşdirmə imkanları

AKİA tərəfindən 40%-lik subsidiya dəstəyi

- Kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün maliyyə yükünü azaldır.
- Fermerlər ehtiyac duyduqları texnikanı sərbəst şəkildə seçə bilirlər.
- 5 illik faizsiz lizinq imkanı təqdim olunur.

Minimal ilkin ödəniş şərtləri

- İlkin ödəniş cəmi 20% təşkil edir.
- Komissiya haqqı, qiymətləndirmə və sığorta ödənişləri daxildir.

Peşəkar məsləhət və sənədləşmə dəstəyi

- Fiziki şəxslər: Şəxsiyyət vəsiqəsi, VÖEN və torpaq sənədləri tələb olunur.
-Hüquqi şəxslər: Müvafiq hüquqi sənədlər təqdim edilməlidir.
-AKİA-nın tələblərinə uyğun sənədləşmə təmin edilir.
-Müştərilərə sənədlərin hazırlanmasından təsdiqlənməsinə qədər tam dəstək göstərilir.

Müqavilələrin bağlanması

- Müvafiq satış şərtləri əsasında lizinq şöbəsində müqavilələr hazırlanır və imzalanır.

Sənədlərin AKİA-ya yönləndirilməsi

- Müştərinin təqdim etdiyi sənədlər və müqavilələr yoxlanılaraq AKİA-ya göndərilir.
-AKİA tərəfindən müraciət və sənədlər incələnir, uyğun olduğu halda subsidiya qısa müddətdə təsdiqlənir.
-Subsidiya təsdiqləndikdən sonra texnika müştəriyə təhvil verilir.