Telefon

+ 99451 201 10 22

Email

info@agroecotech.az

İş saatları

Bazar ertəsi - Cümə: 09:00 - 18:00

“AGROECOTECH LEASING” MMC 2022-ci il ildə Azərbaycan vətəndaşı olan fərdi sahibkar tərəfindən təsis edilmişdir.

“AGROECOTECH LEASING” MMC yerli istehsalçılarla yanaşı Avropa, ABŞ, Çin, Rusiya, Belarusiya, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən texnika istehsalçılarının məhsullarını idxal edərək alış dəyərinə 40 faiz dövlət güzəşti tətbiq edilməklə nağd və ya lizinq yolu ilə satışını həyata keçirir.

“AGROECOTECH LEASING” MMC aqrar sektorda öz mövqeyini möhkəmləndirmək və gələcək inkişaf perspektivlərini artırmaq məqsədi ilə məhsul istehsalçıları tərəfindən daha çox tələb olunan mineral gübrələrin, müxtəlif təyinatlı texnoloji avadanlıqların, iri və xırda buynuzlu damazlıq heyvanların respublikaya gətirilməsi və müxtəlif regionlarda satış mərkəzlərinin açılması istiqamətində işlər aparır. Hal-hazırda Azərbaycan Respublikasının Şirvan, Samux, Xaçmaz və Qaradağ rayonlarında texnika anbarlarımız mövcuddur.

Şirkətin missiyası müxtəlif təşkilatları və sahibkarları biznes təşəbbüslərində dəstəkləyərək onların inkişaf tərəfdaşı olmaqdır.

Başlıca məqsədi keyfiyyətli, operativ xidmət və məhsulları fermerlərə əl çatan etmək, onlara göstərilən xidmətlərin vaxtını və əlavə xərclərini azaltmaqdır.

“AGROECOTECH LEASING” MMC məhsullarının sayını artırmaq, xidmət sahəsini daha da genişləndirmək üçün yeni tərəfdaşlar və potensial müştərilərlə əməkdaşlığa daim açıqdır.