| Texniki Göstərici | Dəyəri |
|---|---|
| Tutum | 1000 litr |
| Səpin sistemi | Qoşa diskli (centrifugal) |
| Səpin məsafəsi | 18 – 24 metr |
| Korpus materialı | Paslanmayan polad (INOX) |
| Disk materialı | INOX |
| Qapaq sistemi | Hidravlik |
| Tənzimləmə | Miqdar və bucaq tənzimlənə bilir |
| Traktor gücü tələbi | Minimum 60 – 75 a.g. |
| Qoşulma tipi | 3 nöqtəli asqı sistemi |
| Enerji ötürməsi | PTO (şaftla) |
| Ağırlıq | Təqribən 250 – 280 kq |
| Tətbiq sahəsi | Taxıl, tərəvəz, yem bitkiləri, bağ sahələri |
Qoşa Diskli | Paslanmayan (INOX) | Hidravlik Açılan
1000 litrlik qoşa disklə təchiz olunmuş standart gübrəsəpən, sahələrdə qranul və toz formalı mineral gübrələrin dəqiq və bərabər şəkildə səpilməsi üçün nəzərdə tutulub. Paslanmayan INOX materialdan hazırlanmış gövdə və disklər uzunmüddətli istifadə imkanı verir, korroziyaya qarşı dayanıqlıdır. Gübrənin miqdarı və səpilmə bucağı tənzimlənə bilir, hidravlik sistem vasitəsilə rahat boşaldılır.
Traktorun arxa hissəsinə 3 nöqtəli sistemlə qoşularaq, PTO ilə idarə olunur.
1000 litrlik tutum – orta və iri sahələr üçün uyğundur
Qoşa diskli sistem – simmetrik və geniş səpilmə
Paslanmayan INOX gövdə və disklər – uzunömürlü və korroziyaya qarşı davamlı
Hidravlik qapaq sistemi – rahat və sürətli boşaltma
Tənzimlənə bilən səpin miqdarı və radiusu
PTO ilə qoşulma – yüksək ötürmə gücü
Sadə quruluş, asan texniki xidmət