| Texniki Göstərici | Dəyəri |
|---|---|
| İşləmə eni | 30 – 80 sm (tənzimlənə bilər) |
| İşləmə dərinliyi | 5 – 15 sm |
| Tətbiq sahəsi | Bağçılıq, üzümçülük, fidanlıqlar |
| Traktor gücü tələbi | Minimum 40 – 60 a.g. |
| Enerji ötürməsi | PTO və ya hidravlik sistem |
| Qoşulma tipi | Arxa və ya yan, 3 nöqtəli sistem |
| İdarəetmə | Operator və ya yarı-avtomatik sistem |
| Ağırlıq | 150 – 250 kq |
| Əlavə funksiyalar | Gövdə sensoru, tənzimlənə bilən qol, dönmə bucağı tənzimləməsi |
Ağac arası alaq təmizləyən aqreqat – meyvə bağlarında və üzüm sahələrində ağac gövdələrinə zərər vermədən, cərgələr arasındakı alaq otlarını effektiv şəkildə təmizləmək üçün istifadə olunur. Bu aqreqat traktorun arxa və ya yan hissəsinə qoşulur, hidravlik və ya mexaniki sistemlə idarə olunur və təzyiqə həssas tənzimləyici qurğularla ağaca toxunmadan torpaqda işləyir. Torpağı yumşaldır, alaq otlarını kəsir və səthi bərabərləşdirir.
Ağac və fidan köklərinə zərər vermədən işləmə imkanı
Cərgə aralarında alaq otlarının tam təmizlənməsi
Torpağın havalanması və su keçiriciliyinin artırılması
Əl əməyinə ehtiyacı azaldır, işçi qüvvəsinə qənaət
Hidravlik tənzimləmə ilə ağaca toxunmadan dönmə imkanı
Damcılı suvarma sistemləri ilə uyğun işləyir
Uzunömürlü bıçaqlar, möhkəm və davamlı quruluş
Tənzimlənə bilən qol və başlıq – müxtəlif ərazi və ağac arası məsafələr üçün uyğundur