Ot Silos texnikası

Texniki Cədvəl:

Texniki Göstərici Dəyəri
İstehsal gücü 10 – 30 ton/saat
Güc tələbatı 50 – 90 a.g. (traktor PTO)
Doğrama ölçüsü 10 – 40 mm
Silos növü Horizontal və ya vertikal
Enerji mənbəyi Traktor PTO və ya elektrik
Qidalandırma sistemi Hidravlik və ya mexaniki
İşləmə rejimi Davamlı
Çəkisi Modelə görə 800 – 1500 kq

OT SILOS TEXNIKASI

Ümumi Məlumat :

Ot silos texnikası – yaş ot, qarğıdalı və digər yaş yemlərin doğranaraq hava keçirməyən şəraitdə fermentasiya üçün saxlanmasını təmin edən xüsusi aqreqat və ya qurğudur. Bu texnika silos hazırlanması prosesini sürətləndirir və yemlərin uzun müddət qidalı və istifadəyə yararlı qalmasını təmin edir. Silos yemləri xüsusilə inək və digər iri buynuzlu heyvanların qış qidalanmasında vacib rol oynayır.

Üstünlüklər:

  • Yaş otun və digər yemlərin effektiv doğranması

  • Fermentasiya üçün ideal ölçüdə yem hazırlığı

  • Heyvanlar üçün yüksək qidalı yem istehsalı

  • Enerji və zaman qənaəti

  • Traktora qoşula bilən mobil quruluş

  • Uzunmüddətli saxlanmaya uyğun yem istehsalı