Malç makinası – gübrəli

Texniki Göstəricilər Cədvəli

Göstərici Dəyəri
İş funksiyası Malçlama + gübrələmə
Plastik örtük eni 80 – 150 sm (tənzimlənə bilir)
Gübrə çəni tutumu 80 – 200 litr (modeldən asılı olaraq)
Gübrə tətbiqi sistemi Dənəvər və ya toz halında, mexaniki paylayıcı
İşçi eni 1.2 – 1.6 metr
Qoşulma növü 3 nöqtəli traktor qoşqu sistemi
Tələb olunan traktor gücü 40 – 70 a.g.
Ağırlıq 300 – 600 kq
Əlavə funksiyalar Torpaq sıxlaşdırıcı disklər, malç fiksatoru
Tətbiq sahələri Tərəvəzçilik, bağçılıq, çiyələk əkinləri

Malç Makinası – Gübrəli

Gübrəli malç makinası, tərəvəzçilik və meyvəçilik sahələrində istifadə olunan, torpağın səthini örtmək və eyni zamanda gübrə tətbiq etmək üçün nəzərdə tutulmuş kənd təsərrüfatı aqreqatıdır. Bu makina torpağın nəmini qorumaq, alaq otlarının inkişafını əngəlləmək, torpaq temperaturunu tənzimləmək və məhsulun inkişafını artırmaq məqsədilə malçlama (plastik örtük çəkmə) və gübrələmə proseslərini eyni anda həyata keçirir.

Əsas Xüsusiyyətlər:

  • İki funksiyalı iş: Eyni zamanda plastik malç örtüyü çəkir və torpağa gübrə verir

  • Tətbiq sahəsi: Pomidor, bibər, badımcan, çiyələk, qarpız, xiyar və digər tərəvəz/bitki sahələri

  • Gübrə tətbiqi sistemi: Mexaniki və ya hidravlik gübrə paylayıcı

  • Plastik film eni: Müxtəlif ölçülərdə plastik örtüklərlə işləyə bilir (80 – 150 sm)

  • Torpaq hazırlığı: Malç öncəsi torpağı düzəldir və sıxlaşdırır

  • Malçın sabitlənməsi: Torpağın kənarına torpaq çəkərək plastik örtüyü möhkəmləndirir

  • Qoşulma: Traktorun arxasına üç nöqtəli sistemlə qoşulur

  • Gübrə növləri: Dənəvər və ya toz halında kimyəvi gübrələr üçün uyğundur