“Agroecotech” MMC komandası 2023-cü ilin ilk təlimində
“Agroecotech” MMC yarandığı qısa zaman daxilində sizə daha uyğun yüksək səviyyəli xidmət göstərilməsi və yeni partnyorlarnan əməkdaşlığın möhkəmləndirilməsi üçün addımlar atmaqdadır. Beləliklə yenicə qarşıladığımız 2023-cü ilin ilk günlərində yeni təlim üçün komandamız Türkiyəyə səfərə hazırlaşır.
Səfərin məqsədi Türkiyədə mövcud olan və bir çoxunuzun yaxından tanıdığı partnyorlarımızla görüş, texnologiyalarını yaxından mənimsəmək, təcrübə artımıdır.
Səfər müddətində aparıcı kənd təsərrüfatı istehsalçılarının istehsal prosesləri yaxından öyrəniləcək və ölkəmizə ən uyğun təcrübələr müzakirə olunacaqdır.